"Dünya çempionatının başlanmasına təxminən 2 ay vaxt qalsa da, artıq 32 ölkə bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır".
Sportarena.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Atıcılıq Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib: "Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir".
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən, sentyabrın 3-dək davam edəcək.