Türkiyənin “Başakşəhər” klubu üç futbolçusu – Caner Erkin, Adnan Yanuzay və Lukas Bilya ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubundan icarəyə götürülmüş Yanuzayın icarə müddəti bitib və o, La Liqa təmsilçisinə qayıdıb.
Caner və Lukasın isə klubla müqaviləsinin müddəti bitdiyi üçün komandanı tərk ediblər.
Xatırladaq ki, Caner bu ilin yanvarında azad agent kimi “Başakşəhər”lə müqavilə bağlamışdı. 34 yaşlı sol cinah müdafiəçisi İstanbul klubunun heyətində 10 matça çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yanuzay bu ilin fevralında icarə əsasında “Başakşəhər”ə cəlb olunmuşdu. Belçikadan olan 28 yaşlı vinger İstanbul təmsilçisində 17 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb.
Bilya isə “Başakşəhər”ə 2022-ci ilin iyulunda “Fatih Karagümrük”dən azad agent kimi ayrılaraq keçmişdi. 37 yaşlı argentinalı futbolçu bu klubun forması altında 42 matç keçirib.