Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor Milli Basketbol Assosiasiyasının (NBA) Mayamidə keçirilən final mərhələsinin 4-cü oyunundan sonra qadına hücum etməkdə ittiham olunub.
Sportarena.az xəbər verir ki, bu barədə “TMZ Sports” portalı məlumat yayıb.
İdmançının tualetdə qadına hücum etdiyi iddia edilir. Zərərçəkmiş qaça bilib və ertəsi gün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.
Mənbənin məlumatına görə, Makqreqorun nümayəndələri iddiaların yalan olduğunu bildiriblər.