“Fənərbaxça” ona görə 1,2 milyon avro ödədi

10:36 16 İyun 2023

“Fənərbaxça” “Göztəpə”dən icarəyə götürdüyü qapıçı İrfan Can Eğribayatın transfer hüquqlarını alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.

 

24 yaşlı qolkiper ötən mövsümün əvvəlində satınalma şərti ilə icarəyə götürülmüşdü. İstanbul klubu 1,2 milyon avro ödəməklə qolkiperi birdəfəlik heyətə qatıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

 

Xatırladaq ki, qapıçı geridə qalan mövsümdə 13 oyuna çıxıb, 13 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti