"Napoli"nin yeni baş məşqçisi müəyyənləşdi

10:54 16 İyun 2023

İtaliya çempionu olan "Napoli"nin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Neapol təmsilçisini Rudi Qarsiya çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat  məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

 

"Napoli" bir neçə gün öncə Lusiano Spalettini istefaya göndərib.

 

Qeyd edək ki, Rudi Qarsiya son olaraq Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunu çalışdırıb.


Xəbər xətti