Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, "Əl Taavun" "Atletiko"nun hücumçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Ərəblər 31 yaşlı forvarda illik 50 milyon avro maaş təklif ediblər. Morata təklifi düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, "Atletiko" Alvaro Moratanı 2020-ci ilin yayında "Çelsi"dən transfer edib. İspaniya millisinin üzvü son mövsümdə komadanın heyətində meydana çıxdığı 45 rəsmi matşda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.