“Yuventus” icarədən dönən futbolçuların hamısını satmaq istəyir. Son mövsümü başqa klublarda keçrən, indi isə düşərgəyə dönən oyunçulardan heç biri Turin klubun yeni mövsüm üçün planlarına daxil deyil.
Sportarena.az xəbər verir ki, müxtəlif İngiltərə klublarında oynamış Artur Melo (Liverpul), Ueston MakKeyni (Lids) və Denis Zakariya (Çelsi) baş məşqçi Massimiliano Alleqri tərəfindən bəyənilmir. Təcrübəli çalışdırıcı onların yenidən icarəyə verilməsini və ya satılmasını istəyir.
Alleqri son mövsümü “Yuventus”da keçirmiş iki cənubi amerikalıdan da razı deyil. Xuan Kuadrado və Aleks Sandro onun “qara siyahı”sına düşüb. Məşqçi bu yay heyəti ciddi şəkildə yeniləmək niyyətindədir.