“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Transfermarkt” portalına görə İtaliya A Seriyasının ən bahalı futbolçuları arasında yer alıb.
Sportarena.az xəbər verir ki, gürcü futbolçu 4-cü pillədə qərarlaşıb. Onun komanda yoldaşı Viktor Osimhen isə birinci olub.
İtaliya çempionatının ən bahalı 10 futbolçusu:
1. Viktor Osimhen (“Napoli”, 120 milyon avro);
2. Rafael Leao (“Milan”, 90 milyon avro);
3. Lautaro Martines (“İnter”, 85 milyon avro);
4. Xviça Kvaratsxeliya (“Napoli”, 85 milyon avro);
5. Nikolo Barella (“İnter”, 75 milyon avro);
6. Duşan Vlahoviç (“Yuventus”, 70 milyon avro);
7. Teo Hernandes (“Milan”, 60 milyon avro);
8. Alessandro Bastoni (“İnter”, 60 milyon avro);
9. Kim Min Jae (“Napoli”, 60 milyon avro);
10. Sergey Milinkoviç-Saviç (“Latsio”, 50 milyon avro)
Kvaratsxeliya 2022/23 mövsümündə “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, 14 qol vurub və 17 məhsuldar ötürmə edib.
Gürcü futbolçu 2022-ci ilin iyulunda “Dinamo”dan (Batumi) Neapol təmsilçisinə keçib.