“Milan” yarımmüdafiəçi Luka Romeronu azad agent kimi transfer etmək istəyir.
Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, Milan klubu “Latsio” ilə müqaviləsi başa çatmaq üzrə olan 18 yaşlı argentinalı futbolçunun agentləri ilə danışıqlar aparır.
Romero İspaniya klublarının da hədəfindədir.
Futbolçu ötən mövsüm 9 matçda 1 qol vurub.