“Napoli” bu hücumçunun transfer hüquqlarını aldı

21:17 16 İyun 2023

“Napoli” “Verona”dan icarəyə götürdüyü Covanni Simeonenin transfer hüquqlarını alıb.

 

Sportarena.az xəbər verir ki, A Seriyasının qalibi bunun üçün “Verona”ya 12 milyon avro ödəyib.

 

27 yaşlı forvardla da 3+1 illik müqavilə imzalanıb.

 

Neapollular Covannini 2022-ci ilin yayında satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürmüşdülər. İcarə haqqı olaraq “Verona”ya 3.5 milyon avro ödənilmişdi.

 

Argentinalı qoleador geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna 9 qol vurub və İtaliya çempionluğunu qazanıb.


Xəbər xətti