PSJ-də yeni baş məşqçinin təyinatı ilə bağlı axtarışlar yekunlaşmayıb. Bir neçə mütəxəssislə görüşmələr müsbət sonluqla bitməyb.
Sportarena.az xəbər verir ki, Fransa çempionuna rəhbərlik edəcəyi gözlənilən Yulian Naqelsmannla danışıqlar da son anda pozulub. Alman mütəxəssislə rəhbərliyin fikirləri üst-üstə düşməyib və onlar təmasları dayandırmağı qərara alıblar.
İndi də PSJ-nin sabiq yarımmüdafiəçisi Tiaqo Motta Paris təmilçisini çalışdırmağa hazırlaşır. “L’Équipe”in yazdığına görə, hazırda “Bolonya”ya rəhbərlik edən Motta Kristof Qaltyeni əvəzləmək üçün favorit hesab olunur. Tərəflər yaxın gələcəkdə mümkün əməkdaşlığın detallarını müzakirə edəcəklər.