“Səbail”in məşqçilər korpusunda türkiyəli mütəxəssis də yer alacaq. Baş məşqçi Şahin Diniyev köməkçilərindən birini qardaş ölkədən seçib.
Sportarena.az xəbər verir ki, Azər Məmmədovun “Kəpəz”in baş məşqçisi postuna təyin olunması ilə boş qalan postu Sabahattin Tekin dolduracaq. Vaxtilə “Qarabağ” Akademiyasında koordinator olan mütəxəssis daha çox Türkiyənin aşağı liqa komandalarındakı işi ilə yadda qalıb. O, Superliada uzun müddət Bülənt Korkmaz və Verner Lorantın köməkçisi işləyib.
Yeni məşqçi Bakıya indi gəlməyəcək. Təlim-məşq toplanışı üçün Ərzuruma gedəcək “Səbail” mütəxəssislə işbirliyini məhz orada başlayacaq.