Ərdoğan "Qalatasaray"ı qəbul etdi - VİDEO

13:00 17 İyun 2023

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqanın 2022/23 mövsümünün çempionu olan “Qalatasaray”ın heyətini qəbul edib.

 

Sportarena.az xəbər verir ki, görüş mətbuata qapalı keçirilib. Prezident görüşdə futbol klubunu çempionluğu münasibətilə təbrik edərək ürək sözlərini deyib.

 

“Qalatasaray” klubunun prezidenti Dursun Özbək Ərdoğana üzərində “Rəcəb Tayyib Ərdoğan” yazılmış 53 nömrəli “Qalatasaray” formasını hədiyyə verib.


Digər xəbərlər

Xəbər xətti