Bu gün AÇ-2024-ün seçmə mərhələsində 3-cü turun son oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, ikinci oyun günündə beş qrupda ümumilikdə 11 qarşılaşma baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi “Dalğa Arena”da Estoniyanı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Bu qrupun digər matçında Avstriya səfərdə Belçika millisinin qonağı olub. Bu görüşdə də eyni hesab qeydə alınıb.
Portuqaliya yığması bu turda evdə Bosniya və Herseqovina ilə, Gürcüstan isə səfərdə Kiprlə qarşılaşıb. Portuqallar və gürcülər qələbəyə sevinən tərəf olublar. Norveç millisi isə Şotlandiya ilə ev oyunundan xalsız ayrılıb.
AÇ-2024 seçmə mərhələ, 3-cü tur
17 iyun
A qrupu
Norveç – Şotlandiya 1:2
Qol: Haland, 61-pen – Daykes, 87. Maklin, 89.
Kipr – Gürcüstan 1:2
Qol: Pittas, 40 – Mikautadze, 31. Davitaşvili, 84.
E qrupu
Albaniya – Moldova 2:0
Qol: Asani, 52. Bayrami, 76.
Farer adaları – Çexiya 0:3
Qol: Kreyçi, 15. Çerni, 44; 75.
F qrupu
Azərbaycan – Estoniya 1:1
Qol: Krivotsyuk, 62 – Sappinen, 27.
Belçika – Avstriya 1:1
Qol: Lukaku, 61 – Manqala, 22-öz qapısına.
G qrupu
Litva – Bolqarıstan 1:1
Qol: Girdvainis, 15 – Pektov, 27.
Monteneqro – Macarıstan 0:0
J qrupu
Lüksemburq – Lixtenşteyn 2:0
Qol: Sinani, 59. Rodriges, 89.
Portuqaliya – Bosniya və Herseqovina 3:0
Qol: B.Silva, 44. B.Fernandes, 77; 90+3.
İslandiya – Slovakiya 1:2
Qol: Finnboqason, 41 – Kuçka, 27. Suslov, 70.