Azərbaycan gimnastı beynəlxalq turnirin qalibi oldu

18:18 17 İyun 2023

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh’s Cup” beynəlxalq turnirində medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.

 

Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.


Digər xəbərlər

Xəbər xətti