İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sından ayrılan Mahmud Dahudu heyətinə qatıb.
Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlamış 27 yaşlı futbolçu 2017-ci ildən Dortmund klubunda çıxış edirdi. Yarımmüdafiəçi bu komandada 141 oyuna 5 qol vurub.