“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Sportarena.az xəbər verir ki, Gəncə klubu gürcü yarımmüdafiəçi Georgi Kantariya ilə vidalaşıb.
Klubun yaydığı açıqlamada bildirilir ki, Kantariya ilə müqavilənin müddəti başa çatıb və futbolçu “Kəpəz”dən ayrılıb. Gəncə təmsilçisi xidmətlərinə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 26 yaşlı futbolçu “Kəpəz”dən ayrıldığını hələ bir neçə gün öncə sosial şəbəkə hesabında açıqlamışdı.