Luka Modriç "Real"da daha bir mövsüm qalmaq üçün "Əl Hilal"ın 3 il üçün 200 milyon avroluq təklifindən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə Canluka Di Marzionun "Tvitter" səhifəsində yazıb.
Xorvatiyalı yarımmüdafiəçi Madrid klubu ilə müqaviləsini daha bir mövsüm uzatmaqla bağlı razılığa gəlib.
Qeyd edək ki, sentyabrda 38 yaşı tamam olacaq futbolçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 6 qolun ötürməsini verib.