Azərbaycan millisinin üzvü baş məşqçisiz qaldı

20:52 17 İyun 2023

Niderlandın “Eyndhoven” komandası baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi komandada Rob Penders klubdan ayrılıb.

 

Buna onun Erediviziya təmsilçisi “Utrext”dən aldığı təklif səbəb olub. Bu üzdən də 47 yaşlı mütəxəssis ikinci liqa təmsilçisini tərk edib.

 

Penders 2021-ci ilin 2021-ci ilin yayından “Eyndhoven”ə rəhbərlik edirdi. Komanda geridə qalan mövsümdə Niderland ikinci divizionunda 38 oyuna 58 xalla 8-ci yeri tutub. Ozan Can isə 34 oyuna çıxıb, 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti