Messi ABŞ-dakı ilk matçında "Arsenal"a qarşı oynaya bilər

17:57 17 İyun 2023

"İnter Mayami"nin yeni transferi Lioenl Messi ABŞ-da ilk matçında "Arsenal"a qarşı oynaya bilər.

 

Sportarena.az goal.com-a istinadən xəbər verir ki, argentinalı hücumçu MLS All-Stars komandasında yer alaraq London təmsilçisə qarşı görüşdə iştirak etməyə yaxındır.

 

All-Stars iyulun 20-də Mikel Artetanın komandasına qarşı oynayacaq. MLS-in futbolçularından ibarət All-Stars seçmə komandasına Messinin də əlavə olunacağı gözlənilir.

 

Messi "İnter Mayami"dəki ilk matçına isə iyulun 21-i "Kruz Azul"a qarşı görüşdə çıxa bilər. 

 

Qeyd edək ki, PSJ  ilə müqaviləsi başa çatan 36 yaşlı futbolçu bu ay MLS təmsilçisinə keçib.


Digər xəbərlər

Xəbər xətti