Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

21:54 17 İyun 2023

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçimiz Hacı Kərimov final görüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

 

Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.

 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.


Digər xəbərlər

Xəbər xətti