“Çelsi” onunla müqaviləyə xitam verdi

23:46 17 İyun 2023

“Çelsi” yarımmüdafiəçisi Tyemue Bakayoko ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında bitməli idi.

 

Bakayoko 2017-ci ilin yayında “Monako”dan 40 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. Amma fransız futbolçu bu komandada cəmi 43 matça çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.

 

Geridə qalan illərdə “Monako”, “Napoli” və “Milan”da icarədə olub.


Digər xəbərlər

Xəbər xətti