“Tottenhem” “Yuventus”dan icarəyə götürdüyü yarımmüdafiəçi Deyan Kuluşevskinin transfer hüquqlarını alıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
London klubu 23 yaşlı vingerin birdəfəlik transferi üçün Turin təmsilçisinə 30 milyon avro ödəyib. Futbolçu ilə də 5 illik müqavilə imzalanıb.
Kuluşevski 2022-ci ilin yanvarında icarə əsasında keçdiyi “Tottenhem”də 57 matç keçirib, 7 qol vurub.
Bu ilin yanvarında “Vilyarreal”dan icarəyə götürülmüş hücumçu Arno Danjuma, eləcə də ötən yay “Barselona”dan icarəyə götürülmüş Kleman Lanqle isə icarə müddətləri bitdiyi üçün “Tottenhem”dən ayrılıblar. Lukas Moura da əvvəlcədən xəbər verildiyi kimi, müqaviləsinin müddəti bitdiyi üçün komandadan ayrılıb.