“Atalanta” hücumçusu Rasmus Hoylundu 35 milyon avroya satmaq fikrində deyil.
Sportarena.az “Tutto Atalanta”-ya istinadən xəbər verir ki, İtaliya klubu 20 yaşlı forvardın satışından ən azı 50 milyon, bonuslar da nəzərə alınmaqla 75-80 milyon avro qazanmaq fikrindədir.
Danimarkalı ilə “Mançester Yunayted”, “Yuventus”, “Milan”, “İnter” və “Napoli” maraqlanır.
O, ötən ilin avqustunda “Şturm Qraz”dan Berqamo təmsilçisinə keçib. Onun klubla hazırkı sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Hoylund 2022/23 mövsümündə İtaliya çempionatında 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.