“Turan Tovuz” 4 futbolçu ilə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, bölgə təmsilçisi futbolçuları Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqaviləni daha 1 il müddətinə artırıb.
Onlar, 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.
Qeyd edək ki, "Turan Tovuz" buna qədər Eltun Turabov, Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev və Ehtiram Şahverdiyevlə də sözləşməni yeniləyib.