Bir neçə gün öncə "Real"dan ayrılan Eden Azar gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, belçikalı vinger karyerasını bitirmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Ulduz futbolçunun yaxın günlərdə qərarını qətiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Eden Azar karyerası ərzində "Lill", "Çelsi" və "Real"da çıxış edib. 32 yaşlı ön xətt oyunçusu Belçika millisinin heyətində meydana çıxdığı 126 rəsmi matçda 33 qol vurub.