Super Liqa klubunda iki ayrılıq

16:30 18 İyun 2023

Türkiyənin “Kayserispor” klubu bəzi futbolçuları ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Bernard Mensah və hücumçu Mario Qavranoviç Super Liqa təmsilçisindən ayrılıblar.

 

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti mövsümün sonunda bitib.

 

Mensah 2018-ci ilin yayında Madrid “Atletiko”sundan “Kayserispor”a gəlmişdi. Qavranoviç isə 2021-ci ilin avqustunda Zaqreb “Dinamo”sundan Kayseriyə üz tutmuşdu.

 

“Kayserispor”da geridə qalan mövsümün bitməsiylə Emrah Başsan, Lionel Karol, Məcid Hosseini və Jozef Attama ilə də müqavilələrin müddəti başa çatıb. Lakin klub hələ onlarla yeni müqavilə imzalanacağına ümid edir.


Digər xəbərlər

Xəbər xətti