Mini-futbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, finalda “Birbaşa” və “Zirə” klubları üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Birbaşa" ölkə çempionu olub. Komanda ötən mövsüm də Azərbaycan çempionatının kubokunu qazanmışdı.
Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən matçda isə "Qarabağ" "Bakı"nı 5:2 hesabı ilə məğlub edib.