"Futbolda hər şeyə nail oldum, başqa heç nə qalmadı" - Messi

22:49 18 İyun 2023

Lionel Messi PSJ-dən və ümumilikdə Avropa futbolundan getməsini şərh edib. 

 

Sportarena.az xəbər verir ki, hücumçunun sözlərinə görə, onun nail olmadığı hədəfi qalmayıb.

 

Yeddiqat "Qızıl top"un qalibi beIN Sports-a açıqlamasında bildirib:

"Futbolda hər şeyə nail oldum, başqa heç nə qalmadı".

 

35 yaşlı futbolçu 2004-cü ilin oktyabrında "Barselona"da peşəkar debüt etdiyi vaxtdan bəri 43 kubok qazanıb ki, bu da Dani Alveşlə bərabər rekorddur. "Barselona" ilə 4 dəfə Çempionlar Liqasının qalibi olan Lionel Kataloniya təmsilçisində ümumilikdə 35 titul qazanıb. O, PSJ ilə də iki dəfə Liqa 1-in qalibi olub. Messi Argentina millisi ilə dünya çempionu titulunu qazanıb.

 

Xatırladaq ki, PSJ ilə müqaviləsi başa çatdıqdan sonra Messi bu yay MLS-də çıxış edən "İnter Mayami"yə keçib.


Digər xəbərlər

Xəbər xətti