Abramoviç "Çelsi"nin satışından olan pulu Ukraynanın fonduna vermək istəmir

23:31 18 İyun 2023

"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç klubun satışından əldə etdiyi 2,3 milyard funt-sterlinqi Ukraynaya köçürmək istəmir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Rusiyalı oliqarx klubun satışından əldə edilən bütün pulları xüsusi fonda köçürməli idi. Bu da müharibədən zərər çəkmiş ukraynalıların humanitar ehtiyaclarına xərclənəcək.

 

Lakin indi Abramoviç bu məbləğin bir hissəsini müharibədən əziyyət çəkən ruslara vermək istədiyi üçün prosesi bilərəkdən yubadır.


Digər xəbərlər

Xəbər xətti