"Təbii ki, avrokuboklardan kənarda qalmağımız bizi çox məyus etdi. Xüsusən də nəzərə alsaq ki, "Qəbələ" ilə xallarımızın sayı eyni oldu".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin fəxri-prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, baş məşqçi Rəşad Sadıqova inamı sonsuzdur:
"Növbəti mövsüm də hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Heyətimizi buna uyğun qurmağı planlaşdırıq. Əlbəttə ki, baş məşqçimizə də inanırıq. Rəşad Sadıqova inamımız sonsuzdur. İnanırıq ki, növbəti mövsüm hədəfimizə çatacağıq".