Orxan Məmmədov: "Millimizin dünənki nəticəsi hamımızı məyus etdi"

10:54 19 İyun 2023

"Zirə"nin və Azərbaycan Minifutbol Federasiyasının fəxri-prezidenti Orxan Məmmədov futbol üzrə milli komandamızın dünən Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirdiyi oyunu (1:1)  şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, bu gün minifutbol üzrə ölkə çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında millimizin qələbə qazana bilməməsinin hər kəsi məyus etdiyini qeyd edib:

"Milli komandamızın dünənki nəticəsi hamımızı məyus etdi. Çünki millidən həm azarkeşlər, həm də biz - futbol adamları qələbə gözləyirdik. Amma futbol böyük yanaşma tələb edir. 

Son mövsüm çempionatımız çox gərgin keçdi. Həm Avroliqaya vəsiqə uğrunda, həm də Premyer Liqada qalmaq uğrunda maraqlı mübarizə izlədik. İnanırıq ki, gələcəkdə millimiz uğurlu nəticələr qazanacaq. Ən azı qrupda 2-ci yer uğrunda mübarizə apara biləcək".


Digər xəbərlər

Xəbər xətti