Xesus Navas dünya çempionatını, Avropa çempionatını və Millətlər Liqasını qazanan ilk oyunçudur.
Sportarena.az xəbər verir ki, "Sevilya"nın müdafiəçisi İspaniya ilə Millətlər Liqasının finalında Xorvatiyanı penaltilər seriyasında məğlub edib. Daha əvvəl o, milli komanda ilə DÇ-2010-u və Avro-2012-ni qazanıb. Futbol tarixində heç kim buna nail ola bilməyib.
Bu mövsüm 37 yaşlı futbolçu həm də karyerasında 4-cü dəfə Avropa Liqasının qalibi olub.