"Qarabağ"ın sabiq futbolçusu üçüncü liqa klubuna keçib

13:29 19 İyun 2023

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak karyerasının Polşa II liqasında (səviyyəcə üçüncü) davam etdirəcək.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi "Kotvitsya" klubuna keçib.

 

Qeyd edək ki, polşalı oyunçu son olaraq Plotsk "Visla"sının formasını geyinib. Komanda başa çatan mövsümü 37 xalla 16-cı pillədə bitirib və Ekstraklasada qala bilməyib. Jezniçak 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti