UEFA prezidenti Aleksandr Çeferin Səudiyyə Ərəbistanı klublarının futbola böyük pullar xərcləməsindən məmnun deyil. O, ulduzları fantastik təkliflərin müqabilində kütləvi şəkildə Asiyaya aparmağı düzgün strategiya hüsab etmir.
Sportarena.az xəbər verir ki, Çeferin maliyyənin bu şəkildə xərclənməsinin furbolda balansı pozduğunu düşünür:
“Vaxtilə Çin klubları da eyni addımı atmışdı. Karyerasının qürub çağını yaşayan futbolçuları transfer etmək üçün böyük pullar xərcləyirdilər. Bir müddət sonra bunun fayda vermədiyini anladılar”.
Çeferin ərəblərin ölkə futbolunu inkişaf etdirmək üçün fərqli bir yol tutmalarının lazım olduğunu düşünür:
“Akademiyalar yaratmalı, investisiyanı ora qoymalıdırlar. Karyerasını bitirmək üzrə olan futbolçulardansa bacarıqlı məşqçilər dəvət etməli, öz futbolçularını yetişdirməlidirlər. Belədə inkişaf etmək daha realdır”.