ABŞ millisi çempion oldu

15:30 19 İyun 2023

KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, final matçıda ABŞ və Kanada yığmaları üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən ABŞ millisi turnirin qalibi olub.

 

Kanada - ABŞ - 0:2

Qollar: Kris Riçards, 12, Folarin Balaqun, 34

 

Panamaya 1:0 hesabı ilə qalib gələn Meksika isə bürünc medalları qazanıb.

 

Xatırladaq ki, KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ yığması olub.


Digər xəbərlər

Xəbər xətti