Zlatko Daliç: "Özümüzlə fəxr etməliyik"

16:00 19 İyun 2023

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Millətlər Liqasının finalında İspaniya millisinə məğlub olmalarından (0:0, penaltilər seriyası - 4:5) danışıb.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:

“İlk növbədə İspaniyanı və öz futbolçularımızı gözəl oyuna görə təbrik edirəm.  Biz itirdik. Bu, təssüf doğurur, amma fəxr etməliyik. Finala yüksəldik, lakin qalib gələ bilmədik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Yenə 120 dəqiqə oynadıq. Biz bunu keyfiyyətcə etdik, onlarla rəqabət apardıq. Peşman olacağım bir şey yoxdur.

Bu məğlubiyyət hamımız üçün çox çətindir. Kuboku qazana bilmədiyimiz üçün təəssüflənirik. Çox adrenalin və emosiyalar var idi.

Bu axşam göstərdi ki, biz çox şey edə bilərik və dünyanın ən yaxşı komandaları ilə rəqabət apara bilərik".


Digər xəbərlər

Xəbər xətti