İyunun 20-də beynəlxalq yoldaşlıq oyunu çərşivəsində Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millli komandasının heyətinə daha iki futbolçu cəlb olunub.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Latviyanın “Dauqavplis” komandasının üzvü Ramin Nəsirli və “Qəbələ” klubunun futbolçusu Emil Səfərov millinin Bakıdakı hazırlıq prossesinə qoşulub.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qırğızıstan qarşılaşması saat 19:30-da başlayacaq.