Messinin yeni klubu Albanı da heyətinə qatıb?

16:58 19 İyun 2023

“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba ABŞ-ın “İnter Mayami” klubuna keçməyə yaxındır.

 

Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, öncədən Lionel Messinin keçidini rəsmiləşdirən klub UEFA Millətlər Liqası turniri başa çatdıqdan sonra Albanı transfer etdiklərini elan etmək fikrindədir.

 

Hazırda azad agent statusunda olan futbolçu 11 il (2012-2023) “Barsa”nın formasını geyinib.

 

O, 2022/23 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 30 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.

 

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.


Digər xəbərlər

Xəbər xətti