Şotlandiyanın "Seltik" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Brendan Rocers çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Son iş yeri "Lester Siti" olan Brendan Rocers "Liverpul", "Uotford", "Ridinq" və "Suonsi"ni çalışdırıb. İrlandiyalı mütəxəssis 2016-2019-cu illər ərzində "Seltik"in baş məşqçisi olub.