"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan növbəti mövsümü harada oynayacağını hələ bilmədiyini etiraf edib.
Sportarena.az insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib:
“Qərar hələ verilməyib, mən seçim prosesindəyəm. Bundesliqaya qayıtmaq planlarımda deyil".
Qeyd edək ki, İ. Gündoğanın "Mançester Siti" ilə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. 2022/2023 mövsümündə türkəsilli almaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 31 oyuna çıxıb, 8 qol vurub və 4 qolun ötürməsini verib.