İngiltərənin "Bornmut" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Andoni İraola çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Andoni İraolanın son iş yeri "Rayo Valyekano" olub. İspan çalışdırıcı "Bornmut"un baş məşqçisi postunda Qari Onili əvəz edib.