“Sabah”ın 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” beynəlxalq turnirinin qalibi olub.
Sportarena.az xəbər verir ki, Bakı təmsilçisi bütün rəqiblərini məğlub edərək, yarışı çempion kimi başa vurub.
Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”a 3:2, finalda isə “Altınordu”ya 1:0 hesabı ilə qalib gəlib.
“Sabah”ın U-12 komandasının heyətində yarımfinalda dublla yadda qalan Abbas Məmmədli həlledici qarşılaşmada da yeganə qolun müəllifi olub.