“Argentina yığmasını Messi yox, hakimlər qrupdan çıxardı, finala kimi daşıdı və sonda dünya çempionu elədilər”.
Sportarena.az xəbər verir ki, bunu rusiyalı futbol funksioneri Pavel Stipidi yerli mətbuata açıqlamasında deyib.
Rusiyada “Dinamo”, “Anji”, “Terek” kimi klublarda müxtəlif vəzifələrdə çalışmış mütəxəssisin fikrincə, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi qızıl medalları öz gücü hesabına qazanmayıb:
“Messinin Argentinanı dünya çempionluğuna daşıdığını düşünmək gülməlidir. Diqqət yetirin, Qətərdəki mundialda nələr baş verdi. Turnirin təşkilatçılığı yüksək səviyyədə idi. Lakin hakimlər təzyiqlərə dözmədilər”.
Qeyd edək ki, DÇ-2022-nin finalında Fransanı oyunsonrası penaltilər seriyası sayəsində məğlub edən Argentina millisi dünya çempionu olub.