"Bornmut"un yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Andoni İraola təyin edilib. O, bu gün istefaya göndərilən Qari O'Nili əvəzləyib. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022/23 mövsümündə "Bornmut" İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vurub və elitada qalıb.
Xatırladaq ki, A.İraolanın son klubu "Rayo Valyekano" olub.