Zidan göz yaşlarına boğuldu

11:38 20 İyun 2023

"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan xeyriyyə tədbirində danışarkən göz yaşlarına boğulub.

 

Sportarena.az xəbər verir ki, o, xərçəng xəstəliyinə tutulmuş uşaqlar üçün hospisin tikilməsi planlaşdırılan İstresdə iştirak edib. Zidan təşkilatın sponsoru olub.

 

Layihə valideynlərin uşaqları ilə "son xoşbəxt günlərini" keçirmələrini və itkidən sonra mənəvi cəhətdən sağalmalarını təmin etmək məqsədi daşıyır.

 

Zidan çıxışı zamanı göz yaşlarına boğulub: “Layihənizə sponsorluq edə bildiyim üçün fəxr edirəm. Cənab mer, siz fəxrlə bütün bu ailələr üçün müstəsna bir şey vəd edə bilərsiniz.Uşağı itirmək baş verə biləcək ən pis şeydir, hamımız bununla razılaşırıq".

 

Zidanın qardaşı Fərid uzun sürən xəstəlikdən sonra 2019-cu ildə vəfat edib. Onun 44 yaşı var idi.


Digər xəbərlər

Xəbər xətti