İrqçi şüara görə oyunu yarımçıq tərk etdilər

13:54 20 İyun 2023

İrlandiyanın gənclərdən ibarət komandası Küveytlə yoldaşlıq oyunu zamanı meydanı vaxtından əvvəl tərk edib.

 

Sportarena.az İrlandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığma rəqib oyunçunun irqçi ifadəsindən sonra bu addımı atıb.

 

Avstriyada keçirilən qarşılaşma vaxtından əvvəl - 86-cı dəqiqədə başa çatıb. Həmin vaxt İrlandiya komandası 3:0 hesabı ilə öndə olub.

 

Qeyd olunub ki, İrlandiya Futbol Federasiyası hadisə ilə bağlı FİFA və UEFA-nı məlumatlandıracaq.


Digər xəbərlər

Xəbər xətti