Çempionlaq Liqası: “Qarabağ”ın rəqibi bilinəcək

10:18 20 İyun 2023

Bu gün Çempionlar Liqasında 2023-24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da turnirdəki ilk rəqibi müəyyənləşəcək. 

 

Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq. 

 

Çünki “Qarabağ” mərhələnin ən yüksək reytinqli ikinci komandasıdır.

 

Premyer Liqanın qalibinin 14 potensial rəqibindən 13-ü bəllidir. Biri də ilkin mərhələnin qalibi olacaq. Ermənistan çempionu “Urartu” isə UEFA-nın qərarı ilə Azərbaycan təmsilçisinə rəqib ola bilməz.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan),  “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struga” (Şimali Makedoniya)

 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti