Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Boavişta"da çıxış edən Qayus Makutanı rənglərinə bağlamaq istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" Portuqaliya klubu ilə 1 illik müqaviləsi qalan 26 yaşlı yarımmüdafiəçini uyğun qiymətə transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Boavişta" Qayus Makutanı 2021-ci ilin yayında "Braqa"dan transfer edib. Konqo millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətinə meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.