Çempionlar Liqası: 1-ci mərhələnin bütün cütləri

17:20 20 İyun 2023

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmada 30 komandadan ibarət 15 cüt yaranıb. Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq.

 

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

 

Haken (İsveç) – TNS (Uels)


Ballkani (Kosovo) – Ludoqorets (Bolqarıstan)


Şemrok Rovers (İrlandiya) – İlkin mərhələnin qalibi


Jalgiris (Litva) – Struqa (Şimali Makedoniya)


Klaksvik (Farer adaları) – Ferentsvaroş (Macarıstan)


Olimpiya (Sloveniya) – Valmiera (Latviya)


HJK (Finlandiya) – Larne (Şimali İrlandiya)


Linkoln (Cəbəllütariq) – Qarabağ (Azərbaycan)


Rakuv (Polşa) – Flora (Estoniya)


Slovan (Slovakiya) – Svift Hesperange (Lüksemburq)


Farul (Rumıniya) – Şerif (Moldova)


Hamrun (Malta) – Makkabi (Hayfa, İsrail)


Urartu (Ermənistan) – Zrinski (Bosniya və Herseqovina)


Partizani (Albaniya) – BATE (Belarus)


Astana (Qazaxıstan) – Dinamo (Tbilisi, Gürcüstan)


Digər xəbərlər

Xəbər xətti